“Taxıl sazişi”nin Rusiya hissəsi yerinə yetirilmir” – LAVROV

“Rusiya, Ukrayna, Türkiyə və BMT arasında mart ayında üçüncü müddətə uzadılan “taxıl sazişi” yenidən Moskvanın şərtlərinin yerinə yetirilməməsi ilə nəticələndi”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra deyib.

Lavrovun sözlərinə görə, Qərb ölkələrinə çoxsaylı çağırışlara baxmayaraq, sazişin Rusiya hissəsi yerinə yetirilmir: “Rusiya məhsullarının maliyyələşdirilməsi, logistik rəsmiləşdirilməsi, daşınması, sığortası, ixracı yolunda maneələr qalır və hətta daha da sərtləşir”.

O əlavə edib ki, Rusiya gübrələrinin və taxılının ixracına maneələrin aradan qaldırılmasında əlavə irəliləyiş əldə olunmasa, bu sövdələşmənin zəruri olub-olmaması sualı yaranacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.