Taylandda koronavirusa görə 50 min məhbus azadlığa buraxılacaq

Taylandda gələn ay 50 000 məhbus sərbəst buraxılacaq.

İHA xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Somsak Sepsutin açıqlayıb.

Qeyd edilir ki, kiçik cinayətlərə görə həbs olunanlar elektron izləmə sistemləri ilə ev dustaqlığına buraxılacaq.

Bu günə qədər Tayland həbsxanalarında 10 384 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Ölkədə son 24 saat ərzində koronavirusdan 35 nəfər ölüb, 2 474 nəfər virusa yoluxub. Ümumi yoluxma sayı 113 555 olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə hərbi-hava bazasına hücumun qarşı alınıb

Sonrakı məqalə

Bruno Fernandes “Mançester Yunayted”in “ən yaxşı futbolçu”su seçilib