“Taym” jurnalı 2020-ci ili “ən pis il” elan edib –

FOTO
06 Dekabr 2020 - 00:18

ABŞ-ın məşhur “Taym” jurnalı hazırda hazırda yaşayan insanlar üçün 2020-ci ili “dünya tarixinin ən pis ili” adlandırıb.

Azpost.info bildirir ki, jurnal hazırkı durumu iki dünya müharibəsi və 1918-ci ilin qrip pandemiyası ilə müqayisə edərkən bu qənaətə gəlib.

Jurnalın yeni nömrəsində böyük şriftlərlə “2020” yazılıb və üstündən qalın qırmızı xətt çəkilib. Aşağıda isə “Ən pis il” yazılıb.

Bu başlıq altında yazını amerikalı kino tənqidçisi Stefani Zaçerk yazıb. Onun sözlərinə görə, möcud bəşər əvvələr heç vaxt belə dəhşətli illə üzləşməyib: “Bizim əksəriyyətimiz buna hazır deyildik: Təbii fəlakətlərə, fantaziyaya əsaslanan seçkilərə, yarasadan keçən virusa…”-deyə o vurğulayıb.

Müəllifin fikrincə, ABŞ –ın və bütün dünyanın tarixində 2020-ci ildən də pis dövran olub, amma dünya müharibələrinin dəhşəti, qrip pandemiyası və Böyük Depressiya çox uzaq keçmişdə qalıb. Onu xatırlaya biləcək həddən artıq çox az sayda adamlar sağdır.