Tbilisidə bazarda güclü yanğın başlayıb

12 Fevral 2021 - 18:53

Tbilisidə Eliava bazarı adlanan ərazidə güclü yanğın baş verib.

Yanğının tikinti materialları anbarında başladığı bildirilir.

Hadisə yerinə Gürcüstan Fövqəladə Halların İdarəetməsi xidmətinin 14 yanğınsöndürmə heyəti cəlb edilib.

Yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.