Tbilisidə ticarət mərkəzi yanır

Tbilisi şəhərində yerləşən “Qızıl Ark” (Kidobani) ticarət mərkəzində yanğın qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, yanğın ticarət mərkəzindəki mağazalardan birində başlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata görə, hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər davam etdirilir. Xəsarət alanlar barədə məlumat yoxdur.

Mağaza sahiblərinin sözlərinə görə, yanğın qızıl mağazasında başlayıb və sonra digər mağazalara keçib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.