TBMM-in komitə sədri: Azərbaycan-Ermənistan normallaşma prosesi son dərəcə pozitiv gedir

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdik.

Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, normallaşma prosesi çərçivəsində bütün işlərin son dərəcə pozitiv getdiyini öyrənməkdən son dərəcə məmnun olub.

“Eləcə də, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan layihələrində də yaxşı irəliləyişlər olduğunu öyrəndik. Bu gün Azərbaycanın dünyada boru kəmərləri vasitəsilə neft-qaz ixracı və nəqli sahəsində ilk sıralarda olduğunu öyrənməkdən bir daha məmnunluq duyuruq. Əslində üzərində yaşadığımız torpaqlar həm təbii sərvətləri, həm də insan kapitalı baxımından son dərəcə zəngindir. Buna görə də bunun bizim üzərimizə qoyduğu müəyyən bir məsuliyyət də var. Bu məsuliyyət həm Azərbaycanı, həm Türkiyəni, həm də ümumilikdə Türk dünyasını daha irəli aparmaqdır”, – Fuat Oktay qeyd edib.

O vurğulayıb ki, bu gün xüsusilə Türkiyə, Azərbaycan və Gürcüstan arasında münasibətlər son dərəcə möhkəmdir və gələcək üçün daha ciddi potensialın mövcudluğunu bir daha nümayiş etdirir:

“Bir qədər sonra Milli Məclisin sədri ilə görüşəcəm, daha sonra isə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli görüş keçiriləcək”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.