TƏBİB əməkdaşı olan keçmiş arvadını bıçaqlayan şəxs intihara cəhd edib

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

APA-nın məlumatına görə, oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

 

“1986-cı il təvəllüdlü L.Qanbayevanın müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir”.

Bu barədə TƏBİB-dən bildirilib

 

Bildirilib ki, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.

Hazırda onun vəziyyəti orta ağırdır.

Qeyd edək k, ötən gün Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

Xatırladaq ki, L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.