TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi bıçaqlanıb-Keçmiş həyat yoldaşı axtarılır /YENİLƏNİB

TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi zorakılığa məruz qalıb.
AzPost bildirir ki, bu barədə TƏBİB-in kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova bildirib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.
O, bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat  olunub.
“Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə O, bu sınaqdan da güclü çıxacaq”deyə Z.Adilova bildirib.
DİN hadisə ilə bağlı açıqlama verib. 
Cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
 🪽✨

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.