İranın“Traktor” klubu tarixində ilk dəfə İran çempionatının qalibi olub.
28-ci turda “Şəms Azər”in qonağı olan “Traktor” ilk hissədə rəqib qapısından 3 cavabsız top keçirib. İkinci hissədə daha bir qol vuran Təbriz təmsilçisi oyunu 4:0 hesablı inamlı qələbə ilə tamamlayıb.
Bu nəticə ilə xallarını 64-ə yüksəldən “Qırmızı qurdlar”, ən yaxın izləyicisi “Sepahan”ı 8 xal qabaqlayaraq turnir cədvəlində zirvəni təmin edib. Qeyd edək ki, “Sepahan” bu turda məğlub olub və “Traktor”un çempionluğunu rəsmiləşdirib.