Tehranda etiraz aksiyalarında iştirak edənlər 10 dövlət idarəsini və 24 yaşayış binasını yandırıblar.
AzPost bildirir ki, bu barədə Tehran meri Əlirza Zakani İRİB-ə müsahibəsində deyib.
O baş verənləri “terror aktı” adlandırıb. Merin sözlərinə görə, iğtişaşda iştirak edənlər gecə 42 avtobusu, təcili yardım maşınlarını yandırıblar: “2 tibb mərkəzinə, 26 banka, 25 məscidə, “Bəsic” bazalarına və hüquq-mühafizə orqanlarına hücum ediblər”.
Bundan başqa etirazçılar 42 avtobusu, habelə təcili yardım maşınlarını, 10 dövlət idarəsini və 24 yaşayış binasını, 48 yanğınsöndürmə maşınını yandırıblar.