Tehranda 30-dan çox dövlət qurumunda işıqlar sönüb

30 May 2021 - 08:30

İran paytaxtı Tehran şəhərində azı 33 dövlət qurumu işıqsız qalıb.

APA-nın “Fars” xəbər portalına istinadən xəbər verir ki, şənbə günü şəhərdə enerjinin verilməsində tez-tez problemlər müşahidə edilib.

Aidiyyəti qurumun rəsmi açıqlamasına görə, paytaxtda Kənd Təsərrüfatı Nazirliyi, Yollar Nazirliyi, banklar və bələdiyyə binaları da tamamilə elektrik enerjisiz qalıb.