“Tehrandakı səfirliyimizə hücumu pisləyirik, səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir”.
Azpost.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsninin rəisi Ayxan Hacızadə “TRT Haber” telekanalına açıqlamasında deyib.
“Azərbaycan tərəfi olaraq səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi üçün səylər göstərilir. Səfirliyin əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir. Düşünürük ki, bu hücumun məsuliyyəti İran tərəfinin üzərindədir”, – A.Hacızadə bildirib.
XİN rəsmisi bəyan edib ki, Azərbaycan tərəfi İrandan bu hücumu törədənləri və ona təhrik edənləri tezliklə müəyyənləşdirilməyi tələb edir: “Eyni zamanda vurğulamaq istəyirik ki, İran səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi. İran bu hücumu qabaqcadan görməli idi. Təəssüf ki, bu həyata keçirilmədi. Təhlükəsizlik rəisinin qətli ilə nəticələnən hücum araşdırılır”.
Azpost.info