İranın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.
Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Mən İran səfirini XİN-ə bir daha çağırmağı tapşırdım”, – o bildirib.
Berbokun sözlərinə görə, İran hakimiyyətinin siyasəti nəticəsiz qalmayacaq.
Yanvarın 7-də ISNA agentliyi məlumat yayıb ki, İran iğtişaşlar zamanı “Bəsic” qüvvələrinin üzvünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı edam hökmünü icra edib.
Avropa İttifaqı İran rəhbərliyinin bu hərəkətlərini artıq pisləyib
Azpost.info