Lənkəranda qarlı havada maşın körpüdən çaya aşıb, ölənlər var –FOTO

Lənkəranda ağır yol qəzası baş verib.

Qəza Lənkəran-Lerik yolunda, Əşlə kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat vasitəsi körpüdən çaya aşıb. Hadisə nəticəsində sürücü və sərnişinin öldüyü bildirilir.

Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. İlkin versiyaya görə, qəzaya yolun qarlı olması səbəb olub. (APA)

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda 2 nəfərin öldüyü qəza barədə məlumat açıqlayıb.

DİN-dən verilən məlumata görə, Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi “Niva” markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkət olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş. Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüb.

Əvvəlki məqalə

“Tehranın siyasəti nəticəsiz qalmayacaq”

Sonrakı məqalə

Roma Papası Ukrayna ilə bağlı çağırış edib