Teledərslərin dekabrın 14-nə olan cədvəli

“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 14-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

Xatırladaq ki, dekabrın 14-də “Mədəniyyət” telekanalında profilaktika işləri həyata keçiriləcəyindən “Dərs vaxtı” proqramının yayım vaxtında dəyişiklik edilib. Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır” –

Sonrakı məqalə

Tbilisidə atışma olub