Smartfonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyi üçün batareya ömrü də istifadəçilər üçün mühüm məsələdir. AzPost.az xəbər verir ki, son dövrlərdə istifadəçilər telefonlarının batareyasının daha tez boşalmasından şikayətlənir. Mütəxəssislər bunun bir neçə əsas səbəbini açıqlayıb və həll yollarını da təqdim edib.
Ən geniş yayılmış səbəblərdən biri, fon tətbiqlərinin aktiv qalmasıdır. İstifadəçi xəbərdar olmadan bir çox tətbiq arxa planda işləyir və bu, batareyanın tez boşalmasına səbəb olur. Mütəxəssislər telefon parametrlərində fon tətbiqlərinin bağlanmasını tövsiyə edir.
İkinci səbəb isə ekran parlaqlığının yüksək olmasıdır. Gün ərzində ehtiyac olmadıqda ekran işığını avtomatik rejimə keçirmək və ya minimum səviyyədə saxlamaq batareya ömrünü əhəmiyyətli dərəcədə artırır.
Digər mühüm amil isə yer və GPS xidmətlərinin daim aktiv olmasıdır. Lazım olmadıqda bu funksiyaları söndürmək telefonun enerji sərfiyyatını azaldır. Eyni zamanda, Wi-Fi və Bluetooth bağlantılarının daim açıq qalması da batareyanın tez boşalmasına səbəb olur.
Beşinci səbəb isə köhnəlmiş tətbiqlər və proqram təminatıdır. Mütəxəssislər qeyd edir ki, köhnə versiya proqramlar telefonun enerji sərfiyyatını artırır və sistemdə yüklənməyə səbəb olur. Telefonun proqram təminatını və tətbiqləri mütəmadi yeniləmək batareya ömrünü qorumağa kömək edir.
Bütün bu problemlərin həlli üçün istifadəçilərə enerji qənaəti rejimini aktivləşdirmək, fon tətbiqlərini bağlamaq və ekran parlaqlığını tənzimləmək tövsiyə olunur. Beləliklə, smartfonların batareyası gün ərzində daha uzun müddət istifadə imkanı verir.