Əksər istifadəçilər telefonlarının bir müddət sonra yavaş işlədiyini müşahidə edir. AzPost xəbər verir ki, bunun arxasında bir neçə əsas səbəb dayanır. Texniki mütəxəssislər sürət itkisinin səbəblərini açıqlayıb.
Ən çox rast gəlinən problem lazımsız tətbiqlərin telefon yaddaşını doldurmasıdır. İstifadə olunmayan proqramlar və sistem faylları arxa planda işləyərək cihazın resurslarını zəiflədə bilir. Bu vəziyyət sürətin kəskin düşməsinə səbəb olur.
İkinci səbəb avtomatik yenilənmələrdir. Telefon tətbiqləri və sistem yenilənmələri bəzən cihazın köhnə modelinə uyğun olmur və bu da yavaşlama yaradır. İstifadəçilər ehtiyac olmayan tətbiqlərin avtomatik yenilənməsini söndürməlidir.
Daim açıq qalan Bluetooth, GPS və Wi-Fi funksiyaları da cihazın batareyasını və sürətini azaldır. Bu funksiyalar yalnız istifadə zamanı aktiv edilməlidir. Çünki arxa planda işləyən bağlantılar telefonun performansına ciddi təsir edir.
Dördüncü amil viruslar və zərərli proqramlardır. Mobil təhlükəsizlik şirkətləri bildirir ki, bir çox telefon istifadəçisi bu tip proqramlardan xəbərsizdir. Qeyd olunub ki, viruslar cihazın işini yavaşladır və məlumatları təhlükəyə atır.
Son olaraq isə telefonun köhnəlmiş batareyası performansa təsir göstərir. Zəif batareya prosessorun sürətini aşağı salır və cihazın normal işləməsinə mane olur. Mütəxəssislər 2 ildən bir batareyanın dəyişdirilməsini tövsiyə edir.