Telegram 4 milyon cərimələndi- SƏBƏB

Moskvanın Taqanski Məhkəməsi Telegram-ı “İslam Dövləti” (İŞİD) təbliğatını aparan kanalları, habelə saxta sənədlərin satışı ilə bağlı məlumatları silməkdən imtina etdiyinə görə cərimələyib.

AzPost xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Belə ki, messencer 4 milyon rubl ödəməlidir.

Qeyd olunur ki, ərizə ilə bağlı şikayət Roskomnadzor-a Rusiya Federasiyası Baş Prokurorunun birinci müavinindən daxil olub. Bundan sonra messencerlə bağlı qadağan olunmuş məlumatların silinməməsi ilə bağlı protokol tərtib edilib.

Materiallarda həmçinin bildirilir ki, messencerin cəzalandırılmasının digər səbəbi qanunsuz kütləvi tədbirlər haqqında məlumatların və Rusiya ordusunu gözdən salan yazıların silinməsindən imtina etməsi olub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.