Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya
  • ÖZƏL

Telegram Rusiyada 23 milyon rubl cərimə borcu toplayıb

Orkhan Ali 18 İyul 2025 - 10:20 (Last updated: 18 İyul 2025 - 09:22)
Telegram

Telegram

Rusiyada Telegram messenceri barəsində müxtəlif inzibati qərarlarla təyin olunan cərimələrin ümumi məbləği 23 milyon rublu keçib. Bu barədə məlumatlar TASS agentliyi tərəfindən məhkəmə sənədlərinə əsasən açıqlanıb.

AzPost bildirir ki, Telegram Messenger Inc. adlı şirkətə qarşı 2023-cü ilin yanvarından 2025-ci ilin iyul ayına qədər on iki icra işi açılıb. Şirkətə qarşı məhkəmə qərarları əsasən Moskvadakı Taqanski məhkəmə sahəsi tərəfindən çıxarılıb. Ən böyük cərimələrdən biri – dörd milyon rubl – Telegram-ın Rusiya Silahlı Qüvvələrinin “xüsusi hərbi əməliyyat” zamanı Ukraynada həlak olan əsgərləri ilə bağlı “yalan məlumatların” silinməsindən imtina etməsi ilə bağlıdır.

Bundan başqa, messencer şəxsi məlumatlarla bağlı qanunvericiliyin pozulmasına görə hər biri əlli min rubl olan üç ayrı cərimə ilə də üzləşib.

Hazırda bu cərimələrin 15 milyon rublu üzrə olan icra işləri Rusiya qanunvericiliyinə əsasən dayandırılıb. Səbəb kimi borclunun əmlakı və bank hesablarında vəsaitin olmaması, eləcə də onun harada olduğu barədə məlumatın əldə edilə bilməməsi göstərilir.

Rusiya hakimiyyət orqanları 2021-ci ildən etibarən Telegram da daxil olmaqla bir sıra sosial şəbəkələrə qarşı inzibati protokollar hazırlayır. Əsas səbəb qanunsuz aksiyalara çağırış və ya qadağan olunmuş məlumatların silinməməsi ilə bağlıdır.

AzPost.az

Post navigation

Previous: Netanyahu Qəzzada katolik kilsəsinə zərbəyə görə bəyanat verib
Next: Bağçalara qəbul başlayıb

Oxşar xəbərlər

xamenei-e1578731240128
  • Dünya

Xameneyinin qətli ilə bağlı 92 ABŞ və 67 İsrail vətəndaşına ittiham irəli sürülüb

User 17 Noyabr 2026 - 15:54
zelenski
  • Dünya

Zelenski Krım körpüsünun vurulmasının təfərrüatlarını açıqladı

User 17 Noyabr 2026 - 14:43
herbci ermeni esir
  • Dünya

Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə qarşı ittihamlar açıqlandı

User 17 Noyabr 2026 - 13:33

xƏBƏR

teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası baş verib. “NGS42.RU” portalının xəbərinə hadisə noyabrın 17-də Kemerovo vilayətinin Yagunovo kəndi...
Read more about Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub
Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər yuxu
  • Maraqlı

Qışda səhərlər bu 7 vərdişdən uzaq durun – sağlamlığınıza zərər verə bilər

User 17 Noyabr 2026 - 18:40
Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı menzil dizayn
  • Baş Yazı

Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı

User 17 Noyabr 2026 - 17:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.