“Telegram” Ukraynanın informasiya təhlükəsizliyinə təhdid yaradır”- Kəşfiyyat rəsmisi

“Telegram messenceri Ukraynanın informasiya təhlükəsizliyinə təhdid yaradır”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov bildirib.

“Telegram-ın cəmiyyət üçün yaratdığı təhdidlər realdır. Söhbət bu platformada təmsil olunan ayrı-ayrı istifadəçilərdən və ya ayrı-ayrı mediadan deyil, platformanın özündən gedir”, – o deyib.

Yusov messencerə qarşı hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb və qeyd edib ki, Kiyev hazırda bütün platformaların administrasiyaları ilə əlaqə qurur.

Azpost.info

Əvvəlki məqalə

“Yalan məlumatdır, Putin elə söz deməyib”

Sonrakı məqalə

“Almaniya Rusiyadan qoşunlarını Kiyevdən çıxarmağı tələb etməyib”