“Telegram messenceri Ukraynanın informasiya təhlükəsizliyinə təhdid yaradır”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov bildirib.
“Telegram-ın cəmiyyət üçün yaratdığı təhdidlər realdır. Söhbət bu platformada təmsil olunan ayrı-ayrı istifadəçilərdən və ya ayrı-ayrı mediadan deyil, platformanın özündən gedir”, – o deyib.
Yusov messencerə qarşı hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb və qeyd edib ki, Kiyev hazırda bütün platformaların administrasiyaları ilə əlaqə qurur.
Azpost.info