Ermənistanın Baş naziri Paşinyan sabiq prezident Levon Ter-Petrosyanla bağlı kinayəli status yazıb.
AzPost bildirir ki, o paylaşımında sabiq prezidenti fərarilikdə ittiham edib.
“Hörmətli Levon Ter-Petrosyan. 1996-cı ildə seçki nəticələri ilə üzləşməkdən qaçdın, 1998-ci ildə iqtidardan, 2008-ci ildə müxalifətdən qaçdın. Başa düşürəm indi də istəyirsən, amma qaçmağa yer tapmırsan. Sizə də ehtiyac yoxdur. Sadəcə sakit olun və Ermənistan Respublikasında qurulan dinc həyatdan zövq alın. Hər kəsə xoş gün arzu edirəm”-deyə Paşinyan yazıb.