“Crocus City”nin sahibi Araz Ağalarov konsert zalında törədilən terror aktının son 20 ildə Rusiyada baş verən ən dəhşətli faciə olduğunu bildirib.
O, “RBC”-ya müsahibəsində deyib: “Dəhşətli faciə baş verib və artıq deyildiyi kimi, son 20 ildə belə bir hadisə baş verməyib”.
Onun sözlərinə görə, terrorçular salona qapıdan yox, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.
“Əllərində avtomatlarla gəliblər. Gördükləri hər şeyə atəş açmağa başlayıblar. Silahlarını bütün insanlara, mühafizəçilərə tuşlayıblar. Mühafizəçilərdən biri öldürülüb, ikincisi yaralıdır. Onlar hətta heç mühafizəçi də deyil. Bizdə onlar nəzarətçi adlanır”, – A.Ağalarov əlavə edib. O, baş verənləri ümumbəşəri dəyərlər nöqteyi-nəzərindən izaholunmaz hadisə adlandırıb.
A.Ağalarov oğlu Emin və filialın direktoru Roman Qraçovla birlikdə faciənin baş verdiyi ərazidədir.