“Tesla” qiymətləri rekord səviyyəyə qaldıracaq

Tesla
Tesla

“ABŞ Prezidenti Donald Tramp administrasiyasının digər ölkələrə qarşı ticarət məhdudiyyətləri səbəbindən “Tesla” şirkətinin yeni avtomobillərinin qiymətləri artacaq”.

AzPost oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask özünün “X” hesabında bəyan edib.

“Qeyd etmək vacibdir ki, “Tesla” bu məsələdə zərərdən qaça bilməyib. Rüsumların “Tesla”ya təsiri hələ də əhəmiyyətlidir”, – deyə milyarder yazıb.

Onun sözlərinə görə, tarif məhdudiyyətləri digər ölkələrdən gətirilən “Tesla” avtomobillərinin ehtiyat hissələrinin qiymətinə təsir edəcək, qiymətə təsir əhəmiyyətli olacaq.

Qeyd edək ki, martın 26-da Tramp ABŞ-nin ölkə xaricində istehsal olunan bütün avtomobillərə 25% idxal rüsumu tətbiq edəcəyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.