Milli Məclis Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının təlimi ilə bağlı qanunu gündəliyə salıb

Milli Məclis Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair anlaşma memorandumunu təsdiq edəcək.

Bu, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin 16 sentyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı.

2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı.

3. “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Testin cavabı 2 dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür” –

Sonrakı məqalə

Şeyxülislam BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi ilə görüşüb