Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib

Onlayn şahmat üzrə Çempionlar Turunun V mərhələsi olan “New İn Chess” adlı turnirə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın iki şahmatçısı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə başlayıb.

İlk turda Şəhriyar “qaralar”la Hikaru Nakamura (ABŞ), Teymur “ağlar”la Qaveyn Consla (Böyük Britaniya) görüşüb. Hər iki qarşılaşmada ağ fiqurların sahibi qələbə qazanıb.

Şahmatçılarımızın ikisi də II turda “ağlar”la oynayıb. Şəhriyar Alireza Firuzya (FIDE), Teymur Aryan Tari (Norveç) ilə qarşılaşmadan qalib ayrılıb.

Təmsilçilərimizin qara fiqurlarla oynadığı III turda Rəcəbov prinsipial rəqibi Levon Aronyanı (Ermənistan), Məmmədyarov isə Yan Kşiştof Dudanı (Polşa) sınağa çəkib. Şəhriyarın ardıcıl 2-ci qələbəsini qazandığı turda Teymur yarım xalla kifayətlənib.

Qeyd edək ki, dünya çempionu Maqnus Karlsen istisna olmaqla planetin ən güclü şahmatçıları Rusiyada təşkil olunan İddiaçılar turnirində mübarizə apardığından heyəti o qədər də güclü olmayan “New İn Chess”də 16 iştirakçı qüvvəsini sınayır. 3 gün ərzində dairəvi sistemlə mübarizə aparacaq şahmatçılar 1/4 finala 8 vəsiqənin sahibini müəyyənləşdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Belarusda çevriliş etmək istəyən qrupun içində bizim agent var idi” –

Sonrakı məqalə

YAP və siyasi partiyalar Baydenin qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı birgə bəyanat yayıb