British Airways-in Boeing 747 təyyarələrində birinci siniflə səyahət edən sərnişinlər bəzilərində pəncərələri olan yeni tualet dizaynlarından narahat olduqlarını bildiriblər.
AzPost bildirir ki, Nyu-Yorka səyahət edən qadını bu pəncərələrdəki qara pərdələrin olmaması narahat edib. Bildirilir ki, stüardessa zarafatla cavab verib: “Xanım, əgər kimsə həqiqətən 10600 metr hündürlükdə uçan bu təyyarənin xarici pəncərəsindən yapışıb içəri baxa bilirsə, gördüyünə layiqdir”.
Xatırladaq ki, təyyarənin tualeti ancaq havada olan zaman açılır.