Mütəxəssislər kabab bişirmək üçün düzgün ətin necə seçməyi izah ediblər.
Azpost.info bildirir ki, bu barədə qastroenteroloq Artyom Matsola “Veçernaya Moskva”ya danışıb.
Onun sözlərinnə görə, bir neçə qaydaya əməl etmək ən yaxşısıdır.
Birincisi, kababı tərəvəzlərlə birgə yeyin: Tərəvəz kanserogenləri qismən neytrallaşdıran antioksidantlarla zəngindir. İkincisi, daha yumşaq ət parçaları seçin. “Məsələn, hinduşka kababı mədə-bağırsağa daha az zərərlidir”- deyə ekspert vurğulayıb.
Daha bir uyğun seçim toyuq ətidir. Donuz əti və quzu əti daha yağlı ətlərdir və həzm etmək daha çətindir.
Həkim həmçinin insanlara kababın təhlükəsiz porsiya ölçüsünü xatırladıb. Həkimin sözlərinə görə, mədə-bağırsaq xəstəlikləri olmayan insanlar hər 2-3 həftədə bir dəfə 150-200 qram kabab yeyə bilərlər.
Həkim vurğulayıb ki, tez-tez kabab yemək ürək-damar xəstəliklərinə, podaqraya, böyrək çatışmazlığına və xərçəngə səbəb ola bilər.
Bundan əlavə, mədəyə düşən yükü azaltmaq da mühümdür. Kabab üçün düzgün qarnir seçmək vacibdir.