“Tezliklə Bakının sülh sazişinə dair təkliflərinə cavab verəcəyik”- PAŞİNYAN

“İrəvan tezliklə Bakının sülh sazişinə dair növbəti təklifləri ilə bağlı cavabını təqdim edəcək”.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Paşinyan deyib ki, Ermənistan bu yaxınlarda Azərbaycandan sülh sazişi ilə bağlı yeni təkliflər alıb.

“Yaxın vaxtlarda müzakirə edib qənaətimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”, – Paşinyan qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.