Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək

User 26 Dekabr 2023 - 18:11 (Last updated: 21 May 2025 - 20:15)
şuşa1

Dekabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı rayonundan olan, hər iki valideynini itirmiş məcburi köçkünlər və Şuşa rayonunun Malıbəyli kəndinin sakinləri ilə görüşüb.

Komitədən verilən xəbərə görə, işğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünün başlandığı bildirilib. Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə, həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının və məşğulluğunun təmin edilməsinə imkan yaratdığı diqqətə çatdırılıb.

Tezliklə Xocalı və Şuşa sakinlərinin də, beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışının başlanacağı qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyev işğaldan azad ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məskunlaşdırılacaq əhali üçün əlverişli yaşayış şəraitinin yaradılmasını şəxsən nəzarətdə saxlayır. Dövlətimizin başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri ənənəvi xarakter daşıyır və həmin ərazilərin tezliklə dirçəldilməsinə, tikinti-abadlıq işlərinin sürətləndirilməsinə xidmət edir.

Diqqətə çatdırılıb ki, bu günədək 4500-dən çox məcburi köçkün doğma yurda qayıdıb. Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək.

Xocalı və Şuşaya qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa olunmasına görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Dövlət Komitəsinin sədri, həmçinin, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini də dinləyib, suallarını cavablandırıb. Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Post navigation

Previous: Uşaqlar peyvənd edilməzsə, qlobal qızılca təhlükəsi qalmağa davam edəcək
Next: İstanbul prokurorluğu Somali prezidentinin oğluna cinayət işi açıb

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
Azərbaycan Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib. Bunu Azərbaycan Prezidentinin köməkçisi...
Read more about “Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.