“Ukrayna və Rusiyanın tezliklə yeni bir əsir mübadiləsi aparması gözlənilir. Bu, dörd aylıq fasilədən sonra ilk dəfə olacaq”.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam çıxışında məlumat verib.
Zelenski bildirib ki, Əbu-Dabidə ABŞ və Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti bugünkü görüş barədə ona məlumat verib. Ukrayna rəsmiləri həmçinin, Amerika tərəfi ilə ayrıca əlaqə saxlayıblar.
“Danışıqların ara nəticələrini bu gün müzakirə etdik. Onlar sabah davam edəcək. Bu da əhəmiyyətli bir addım olacaq: tezliklə əsir mübadiləsi gözləyirik. Əsirlər evlərinə qaytarılmalıdır”, – deyə Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, Ukraynanın mövqeyi çox aydındır: müharibəyə ciddi şəkildə son qoyulmalı və Rusiya buna hazır olmalıdır. “Tərəfdaşlar bunu öz real zəmanətləri – təhlükəsizlik zəmanətləri və təcavüzkara real təzyiqlə təmin etməyə hazır olmalıdırlar. Ukraynadakı insanlar bunu hiss etsinlər ki, vəziyyət həqiqətən rusların hər şeyi öz xeyrinə istismar etməsinə, hücumlarını davam etdirməsinə deyil, sülhə, müharibənin sonuna doğru gedir”, deyə Zelenski bildirib.