Rusiyada fəaliyyət göstərən “Qala-Optik” tibb şirkətinin direktoru Mixail Mogilevtsev Moskvanın mərkəzində öz ofisində ölü tapılıb. Ölümün səbəbi güllə yarası olub.
AzPost MK-ya istinadən xəbər verir ki, bir gün əvvəl saat 17:00 radələrində şirkətin Donskaya küçəsindəki binasında 59 yaşlı kişinin meyiti aşkarlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. İlkin məlumata görə, hadisə intihar xarakteri daşıyır
Qeyd edək ki, Qala-Optik şirkəti 1999-cu ildən fəaliyyət göstərir və tibbi avadanlıqlar üçün istehlak materialları və aksesuarların əsas təchizatçısı hesab olunurdu. Bunlar əsasən yataq yanında monitorlar üçün kabellər, elektrokardioqraflar üçün elektrodlar və s.