Tibb Universitetinə yeni prorektor təyin olunub

25 Sentyabr 2020 - 18:49

Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub. Belə ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Universitetdən APA-ya verilən xəbərə görə, prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.