Tibbi Sığorta Agentliyi bu şirkətlə 250 minlik tender müqaviləsi bağlayıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.

Azpost.info xəbər verir ki, maliyyə dəyəri 265 688.8 AZN olan müqavilədə Maqnit Rezonans Tomoqrafiya (MRT) aparatları üçün maye halında helium qazının və dolum xidmətlərinin satın alınması nəzərdə tutulur.

Vergilər Nazirliyinin reyester məlumatlarına görə, “Arash Medical Company” 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Lakin MMC artıq 2010-cu ildən tender müsabiqələrində iştirak etməyə başlayıb. Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. “Arash Medical Company”nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur.

Açıq mənbələrdə Kamran Məmmədovun adına yalnız “Zoominfo” axtarış sistemində rast gəlinir. Burada o, “Arash Medical Company”nin direktoru kimi təqdim edilib. Lakin mətbuatda MMC-nin faktiki sahibinin Milli Məclisin sabiq spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədov olduğuna dair çoxsaylı materiallara rast gəlinir.

Abbas

Əvvəlki məqalə

Lavrov G20 xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Sonrakı məqalə

Qazaxıstanın daxili işlər naziri Azərbaycana gəldi, Vilayət Eyvazovla görüşdü –