Tibbi sığortası olanlar ən çox hansı xəstəliklərlə bağlı müraciət ediblər?

04 Avqust 2021 - 16:53

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu ilin birinci yarımilində icbari tibbi sığorta çərçivəsində ölkə üzrə tibb müəssisələrinə ən çox hansı xəstəliklərlə bağlı müraciət olduğunu açıqlayıb.

Agentlikdən verilən məlumata görə, sözügedən müddət ərzində ölkə üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, mamalıq və ginekologiya, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.