Tibbi xidmətlərə müraciətlərin sayı 24 milyonu ötəcək- Zaur Əliyev

İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə müraciətlərin sayı ötən illə müqayisədə 9 faiz artaraq 22 milyonu keçib.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik fəaliyyətinə dair dekabrın 17-də keçirilən mətbuat konfransında deyib.

2024-cü ilin 11 ayı üzrə əldə edilən nəticələr barədə danışan Z.Əliyev deyib: “Xidmətlərin sayı isə ötən illə müqayisədə 20 faiz artaraq 76.8 milyon olub. Bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. İcbari tibbi sığortanın ölkə üzrə 4-cü ilini yekunlaşdırırıq. Bu, ölkədə bütün əhaliyə şamil olunan böyük islahatdır. Əsas məqsədimiz keyfiyyətli xidmətləri vətəndaşlara çatdırmaqdır”, – deyə o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.