Tiflisdə etirazçılar hakimiyyət qarşısında iki tələb qoyub

Gürcüstanda bu gün keçirilən etiraz aksiyasında müxlaifət hökumət qarşısında iki tələb qoyub.
Azpost.info bildirir ki, bu barədə “Aqmaşenbeli Strategiysı” partiyasının lideri Georgi Vaşadze bildirib.
Hakimiyyət “xarici agent” haqqında qanunu parlamentdən geri çəkməli və həbs olunanlar buraxılmalıdır.
Vaşadze deyib ki, tələbələrin yerinə yetirilməsi üçün 1 saat vaxt verilib.
Əgər bu tələblər yerinə yetiriməsə etirazçılar başqa addım atacaqlar.  Vaşadze bildirib ki, təşkilatçılar yeni planı elan edəcəklər.
“Sabah onlar sessiya keçirməyə hazırlaşırlar. Tələblərimiz yerinə yetirilməyənə qədər buna imkan verməməliyik”-deyə Vaşadze vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.