Tiflisdə etirazçılar hökumətin istefa verməsini tələb edir

Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyasında gürcü ordusunun veteran hərbçiləri hökumətin istefaya getməsini və yeni seçkilərin təyin olunmasını tələb edib. 

Azpost.info İnterfax-a istinadən bildirir ki, bugünkü aksiyada istefada olan hərbçilərin bu çağırışı dəstəklənib.

“Bu hakimiyyət Gürcüstanı Avropaya tərəf aparmağa qabil deyil. Hökumət istefaya getməli, yeni növbədənkənar parlament seçkiləri təyin olunmalıdır”-deyə tribunadan çıxış edən şəxs bildirib.

Müxalifət liderləri və etirazçılar bu təkliflə həmrəy olduqlarını bəyan ediblər.

Mitinqdə “xarici agent” haqqında qanunun ləğvi ilə bağlı parlamentin növbədənkənar iclasının çağırılması üçün prezidentə müraciət olunub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.