Tiflisdə mer seçkilərinin ikinci mərhələsi gözlənilir

03 Oktyabr 2021 - 10:16

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mer vəzifəsinə seçkilərin ikinci mərhələsinin təyin olunacağı gözlənilir.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Paytaxtdakı seçki məntəqələrinin 320-də bülletenlər (41,61 %) artıq hesablanıb. Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,5 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 34,13 %, “Gürcüstan naminə” partiyasından namizəd Giorgi Qaxariya isə 8,97 % səs toplayıb.

Qeyd edək ki, Tbilisi meri postu uğrunda ümumilikdə 16 namizəd mübarizə aparıb.