Teymur Rəcəbov Maqnus Karlseni məğlub edib –“Champions Chess Tour”

Oktyabrın 2-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilib.

Yeddinci turda Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşıb. Şahmatçımız dünya çempionuna 3:1 hesabı ilə qalib gəlib. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Girini 2,5:0,5 hesabı ilə məğlub edib.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suqovuşanın işğaldan azad edilməsindən 1 il ötür

Sonrakı məqalə

Tiflisdə mer seçkilərinin ikinci mərhələsi gözlənilir