Tiktoker “Miray” həbs edildi

“Miray” kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

“Miray” polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.