Nüfuzlu “Time” jurnalının növbəti buraxılışının üz qabığı Ukrayna ilə bağlı olacaq.
Azpost.info xəbər verir ki, jurnalın martın 14-də işıq üzü görəcək nömrəsinin üz qabığında Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa Parlamentində çıxışı zamanı dediyi “Həyat ölümə, işıq isə qaranlığa qalib gələcək” sözləri yer alıb.
Buraxılışda həmçinin “Zelenski Ukraynanı necə müdafiə etdi və dünyanı necə birləşdirdi” başlıqlı yazı da var. Yazı artıq nəşrin saytında dərc olunub. Onun müəllifi Saymon Şuster Rusiyanın hücumundan sonra Ukrayna prezidentinin davranışını təhlil edib: “Gözümüzün qabağında o, əksər Qərb dövlət xadimlərinin çoxdan unutduğu mübarizənin təcəssümünə çevrilib. O mübarizə ki, tiranlığın demokratiyanı öldürməməsi üçün zəruridir”.
Azpost.info