TN:İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 

Bu barədə APA-ya Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək. 

“Dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin  quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mingəçevirdə məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə olub –

Sonrakı məqalə

Operativ Qərargahın karantinlə bağlı Respublika müşavirəsi keçirilib