“Tofiq Yaqublunun ilkin qidalandırılması aparılıb” –Adil Qeybulla

Professor Adil Qeybulla həbsdə olan Tofq Yaqublunun səhhəti ilə bağlı paylaşım edib.
AzPost bildirir ki, A.Qeybulla T.Yaqublunu ziyarət edib.
“Bu gün Tofiq Yaqublu ailəsinin xahişləri ilə aclığı dayandırdı. Orada onun təlimat üzrə ilkin qidalanması aparıldı, venadaxili nutritiv infuziya edildi. Lazım olan dərman preparatları (Pantoprozol, Qlutation, Lipofundin, Aminoselekt, Albumin və s.) köçürüldü” -deyə o bildirib.
Onun sözlərinə görə, 40 günlük aclığın nəticələrini aradan qaldırmaq üçün sonrakı müalicə tədbirlərinə ehtiyac var.
A. Qeybulla ilə birgə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinə tibbi manipulyasiya proseslərində iştirak edib. “Tibb Baş İdarəsinin rəhbərliyinə və həkimlərin hər birinə minnətdarlıq edirəm”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.