Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tofiq Zülfüqarov 1990-cı illərin sirrini açdı –

User 21 Sentyabr 2026 - 11:23 (Last updated: 21 Sentyabr 2026 - 11:20)
tofiq zülfüqarov

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 1990-cı illərdə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar və əsirlərin dəyişdirilməsi prosesinə dair xatirələrini bölüşüb.

Azpost.info bildirir ki, T.Zülfüqarov sosial şəbəkədə paylaşdığı yazıda həmin dövrdə Prezident Heydər Əliyevin birbaşa rəhbərliyi altında işlədiyini qeyd edib.

“Bu, 1994-cü ilin iyununda xarici işlər nazirinin müavini təyin edildiyim dövr idi. Bir neçə ay sonra Prezident Heydər Əliyevin məxfi sərəncamı ilə sülh sazişinin mətnini paraflamaq hüququ olan xüsusi nümayəndəsi oldum”, – deyə sabiq nazir yazıb.

Onun sözlərinə görə, 1998-ci ilin martında xarici işlər naziri təyin olunana qədər XİN-dəki həmkarları ilə birlikdə birbaşa Prezidentin rəhbərliyi və nəzarəti altında çalışıb. Zülfüqarov həmin dövrü olduqca mürəkkəb mərhələ kimi xarakterizə edib. O bildirib ki, ATƏT-in Minsk qrupu formatında danışıqlar və Rusiyanın paralel vasitəçiliyi faktiki olaraq fasiləsiz davam edirdi.

“Niyə bu şəxslərə həmin dövrdə törədilən ağır cinayətlərə görə ittiham irəli sürülmür?”

Sabiq nazir hazırda Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdə olması və Serj Sarkisyan barəsində araşdırma aparılması fonunda bir sıra suallarının yarandığını bildirib. “Mətbuatda Köçəryanın həbsi və Serj Sarkisyanla bağlı araşdırma aparılması barədə xəbərləri oxuyanda məndə belə bir sual yaranır: niyə bu şəxslərə onların hələ işğal olunmuş ərazilərdə ‘fəaliyyət göstərdikləri’ dövrdə törədilmiş ən ağır cinayətlərlə bağlı ittihamlar irəli sürülmür?” – deyə Zülfüqarov yazıb.

Onun iddiasına görə, həmin şəxslərin ilk böyük maliyyə vəsaitlərini əsir və girovların alverindən əldə etdiklərini bildirib.

T.Zülfüqarov yazır ki, həmin dövrdə Serj Sarkisyan Robert Köçəryanın “pul kisəsi” funksiyasını yerinə yetirib və hazırda törətdiyi cinayətlərə görə cəza çəkdiyini qeyd etdiyi Arkadi Qukasyana azərbaycanlı əsirlərin azad edilməsinin uzadılması ilə bağlı göstərişlər verib.

Sabiq nazirin sözlərinə görə, söhbət əsasən mülki şəxslərdən, o cümlədən qadın və uşaqlardan gedirdi. O, bəzi şəxslərin Xocalı hadisələri zamanı əsir götürüldüyünü də iddia edib.

“Kazimirov mənə bu barədə məlumat verdi”

Zülfüqarov bildirib ki, bu məsələ barədə məlumatı Rusiyanın ATƏT-in Minsk qrupundakı keçmiş nümayəndəsi Vladimir Kazimirovdan alıb. Onun sözlərinə görə, Kazimirov xüsusi hökumətlərarası işçi qrup çərçivəsində Rusiyanın o zamankı müdafiə naziri Pavel Qraçyovdan “hamının hamıya” prinsipi ilə dəyişdirilmənin həyata keçirilməsini istəyəcəyini vəd edib.

Zülfüqarov yazır ki, 1994-cü ilin avqustunda yalnız qadın və uşaqların dəyişdirilməsi həyata keçirilib: 28 azərbaycanlı qadın 4 erməni qadınla dəyişdirilib.

Onun sözlərinə görə, hərbi əsirlərin alveri isə bundan sonra da davam edib. T.Zülfüqarov qeyd edir ki, sonradan Rusiyanın xarici işlər naziri Yevgeni Primakovun Ermənistan və Azərbaycana səfəri zamanı qalan 52 azərbaycanlı hərbi əsir onun təyyarəsi ilə gətirilib.

“İlk milyonlarını Azərbaycanın işğal olunmuş torpaqlarında qazandılar”

Sabiq xarici işlər naziri paylaşımının sonunda daha sərt ittihamlar səsləndirib. “Beləliklə, korrupsioner Köçəryan və Sarkisyan ilk milyonlarını Azərbaycanın işğal olunmuş torpaqlarında, vətəndaşlarımızın qanı və iztirabları üzərində qazanmağa başlayıblar və buna görə cavab verməlidirlər”, – deyə Tofiq Zülfüqarov bildirib.

Qeyd edək ki, Zülfüqarov 1994-cü ildə Azərbaycanın xarici işlər nazirinin müavini olub, 1998-ci ilin martında isə xarici işlər naziri təyin edilib. O, həmin dövrdə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda Azərbaycan nümayəndə heyətinin fəaliyyətində iştirak edib.

AzPost.az

Post navigation

Previous: 7 il əvvəl itkin düşən şəxsin qətli açıldı
Next: “Hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!” –

Oxşar xəbərlər

urek
  • Sosial

Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? – Kardioloq optimal vaxtı açıqladı

User 05 Noyabr 2026 - 19:22
Telefon
  • Sosial

Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq

User 05 Noyabr 2026 - 18:56
qaraciyer
  • Sosial

Qaraciyərin zədələndiyini göstərən 10 əlamət – Bu simptomları görməzdən gəlməyin

User 05 Noyabr 2026 - 18:14

xƏBƏR

urek
  • Sosial

Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? – Kardioloq optimal vaxtı açıqladı

User 05 Noyabr 2026 - 19:22
Ürək sağlamlığını qorumaq və arterial təzyiqi sabit saxlamaq üçün yatmağa getməyin ən uyğun vaxtı axşam saat 22:00–23:00...
Read more about Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? – Kardioloq optimal vaxtı açıqladı
Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır Kosmos
  • Maraqlı

Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır

User 05 Noyabr 2026 - 19:03
Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq Telefon
  • Sosial

Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq

User 05 Noyabr 2026 - 18:56
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb putin rezayi0
  • Dünya

Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

User 05 Noyabr 2026 - 18:48
İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu isti hava
  • Maraqlı

İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu

User 05 Noyabr 2026 - 18:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.