Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Tofiq Zülfüqarov: “Ermənistanda revanşizm niyə baş qaldırır?”

User 22 Sentyabr 2026 - 10:35 (Last updated: 22 Sentyabr 2026 - 10:35)
tofiq zulfuqaorv

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda revanşizmin yenidən gündəmə gəldiyini bildirib və bununla bağlı bir sıra suallar irəli sürüb.

Azpost.info bildirir ki, o, sosial şəbəkədəki paylaşımında “Azərbaycanda mütləq əksəriyyət niyə Ermənistanda revanşizmin bu gün baş qaldırdığı qənaətinə gəlir?” sualını qoyub və bunun Ermənistanın baş nazirinin sülh ritorikası fonunda baş verməsinin səbəblərini soruşub.

T.Zülfüqarov fikirlərini tezislər şəklində təqdim edib.

Onun ilk sualı İrəvanda keçirilən hərbi paradla bağlıdır. Sabiq nazir hesab edir ki, parad Ermənistanın real müdafiə doktrinasının göstəricisidir: “Bu doktrina kimə qarşıdır? Rusiyaya? İrana? Gürcüstana? Türkiyəyə? Xeyr, bizə qarşıdır. Həm də onlar sülh və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı danışıqları davam etdirdiyi vaxtda”, – Zülfüqarov yazıb.

Sabiq nazir Alban irsi ilə bağlı müzakirələri də sual altına alıb. Onun fikrincə, hazırda bu məsələnin gündəmə gətirilməsi yalnız tarixlə bağlı deyil: “Alban irsi ilə bağlı mübahisə niyə və nə üçün indi? Çünki bu, tarix haqqında deyil, onların ‘miatsum’ ideologiyasının əsasını təşkil edən məsələdir”, – o qeyd edib.

T.Zülfüqarov Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edən Məgri istiqamətindəki dəmir yolu məsələsinə də toxunub. O, həmin ərazinin qaytarılmamasının gələcəkdə Naxçıvanın əsas ərazidən ayrı vəziyyətdə qalmasına və müxtəlif iddialara qarşı həssas olmasına səbəb ola biləcəyini iddia edib.

Sabiq nazir bu vəziyyətin Ermənistanı, onun fikrincə, “Turan layihəsini sabotaj etmək istəyən qüvvələr üçün mühüm amilə” çevirə biləcəyini yazıb.

Sabiq nazir Göyçə gölünün şərq sahili ilə bağlı da sual irəli sürüb. O hesab edir ki, bu məsələnin gündəmə gətirilməsinin məqsədlərindən biri Azərbaycanın və onun iqtisadiyyatının Cənubi Qafqazın ən böyük şirin su hövzəsinə çıxışını məhdudlaşdırmaqdır.

Sabiq nazir Ermənistan-Rusiya münasibətlərindəki gərginliyə də toxunub. Onun fikrincə, Moskva ilə nümayişkaranə qarşıdurma Ermənistan-Rusiya arasında ticarət əlaqələrini və Rusiyaya tətbiq edilən sanksiyaların yaratdığı iqtisadi məsələləri kölgədə saxlamağa xidmət edə bilər.

T.Zülfüqarov daha sonra Nikol Paşinyanın seçkidə əldə etdiyi nəticələr və referendum məsələsi ilə bağlı sual verib. O, Paşinyanın seçkidə əldə etdiyi göstəriciləri referendum keçirmək üçün tələb olunan səviyyəyə niyə çatdırmadığını və xarici seçki mütəxəssislərinin prosesdə niyə “lazım olan nəticəyə bir addım qalmış dayandığını” soruşub.

Sabiq nazir Paşinyanın sülh sazişinin imzalanmasına imkan verə biləcək referendumun keçirilməsi ilə bağlı mövqeyini də sual edib.

T.Zülfüqarov Ermənistan baş nazirinin Zəngəzur və Göyçə ilə bağlı davranışlarını da ayrıca qeyd edib. O, Paşinyanın Zəngəzurda Androniklə bağlı dağlara səfər etməsini və Göyçədə üzməsini Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası üçün yalnız 1975-ci il SSRİ Baş Qərargah xəritələrinin əsas götürülməsi ilə bağlı mövqeyi fonunda qiymətləndirib.

Sabiq nazir Paşinyanın ərazi bütövlüyünün tanınmasının yalnız 1975-ci il xəritələrindəki sərhədlər anlamına gəldiyi barədə “yanlış tezisi” təbliğ etdiyini də iddia edib. O, həmçinin Ermənistan daxilində Qarabağdakı mədəni irslə bağlı müzakirələri və ABŞ-da Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəlişin ləğvi məsələsini gündəmə gətirib.

“Qısa olaraq bunlardır… ”, – Tofiq Zülfüqarov paylaşımının sonunda yazıb.

Qeyd edək ki, Zülfüqarov son həftələrdə də Ermənistanın sərhəd, nəqliyyat və tarixi irslə bağlı mövqeləri barədə bir sıra açıqlamalar verib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Bilgəhdə dənizdə batan iki tələbənin meyiti tapıldı
Next: Gizli trombun 5 əlaməti

Oxşar xəbərlər

islahat
  • Siyasət

2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

User 06 Noyabr 2026 - 12:23
erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26

xƏBƏR

aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05
Yüksək intellekt insanın həyatda uğur qazanacağına zəmanət vermir. Daha vacib olan, o qədər də geniş yayılmayan bir...
Read more about Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti
Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır? tramp elcek
  • Dünya

Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır?

User 06 Noyabr 2026 - 14:40
Prezident və birinci xanım Zəngilanda zengilan
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda

User 06 Noyabr 2026 - 14:31
ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.