Tokayev məsciddə namaz qıldı, həlak olanların xatirəsini yad etdi-FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Həzrət Sultan” məscidində yanvar hadisələrində kütləvi iğtişaşlar zamanı həlak olanların xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib.

Bu barədə bu gün Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tokayev dua oxuduqdan sonra çıxışında qeyd edib ki, bu il qazax xalqı ağır sınaqlara məruz qalıb:

“Dövlətin bütövlüyü, vətəndaşların təhlükəsizliyi, ölkənin gələcəyi təhdid altındadır. Biz terrorçuları və onların hücumunu dəf etdik. Təəssüf ki, bu qarışıqlıq bir çox vətəndaşın həyatına son qoydu. Bu, əsl faciədir. Mənim tapşırığımla müvafiq orqanlar bu prosesi hərtərəfli araşdırır. Mənim üçün insan hüquqlarının müdafiəsi məsələsi çox önəmlidir. Baş verən xoşagəlməz hadisələr bütün ölkəni sarsıtdı”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir