Tokayev səfiri Rusiya və SSRİ-ni tənqid etdiyinə görə cəzalandırdı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Misirdəki səfiri Kayrat Lama Şərifə sosial şəbəkələrdə Rusiya və SSRİ-ni tənqid tənqid edən paylaşımına görə töhmət verib.

Azpost.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Diplomat öz səhifəsində SSRİ və Rusiya imperiyası dövründən qalma mübahisəli adlardan qurtulmaq çağırışı edib. O, həmçinin Qazaxıstanın adının “Qazax dövləti”nə dəyişdirilməsini, Astananın adının isə paytaxta qaytarılmasını təklif edib.

“Prezident Kasım-Jomart Tokayev səfirə Qazaxıstan Respublikasının dövlət qulluqçularının etik davranış kodeksinin 9-cu bəndinin tələblərinə əməl etmədiyinə görə töhmət verib”, – mətbuat xidmətindən bildiriblər.

Bu qayda dövlət qulluqçularına dövlət siyasəti ilə bağlı öz fikirlərini açıq şəkildə ifadə etməyi qadağan edir, həmçinin qeyri-etik ifadələrdən çəkinməyi tələb edir.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev mayın 14-də Türkiyəyə gedəcək

Sonrakı məqalə

Medvedev, Şoyqu Ukrayna Baş Prokurorluğuna çağırılıb