Tokio-2020-nin təxirə salınması 2,7 milyard dollara başa gələcək

Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasının vuracağı ziyanın məbləği müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarışın 2021-ci ilə keçirilməsi təşkilatçılara 2,7 milyard dollara başa gələcək.

Bu vəsait icman qurğularının icarəsi, otellərin yenidən bron edilməsi, həmçinin personal və mühafizə xidmətinə əlavə ödənişləri əks etdirir.

Qeyd edək ki, iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası üzündən 2021-ci ilədək təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yaşı 65-dən yuxarı deputatlardan karantin qaydalarına əməl olunması xahiş olunacaq”

Sonrakı məqalə

Sabah hava necə olacaq?