“Yaponiya Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək, eyni zamanda Ukraynaya dəstəyi gücləndirəcək”.
Azpost.info xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
“Beynəlxalq asayişi qorumaq üçün G7-nin sədri və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaponiya beynəlxalq ictimaiyyətlə, ilk növbədə G7 ilə sıx əməkdaşlıq edərək Rusiyaya qarşı sərt sanksiyaları gücləndirməyə davam edəcək və Ukraynaya dəstək verəcəck”, – Matsuno qeyd edib.
Hazırda 1000-ə yaxın rusiyalı və 100-ə yaxın Rusiya təşkilatı Yaponiyanın sanksiya siyahısındadır.
Azpost.info